Xəzər Xəbər

Günorta yatmaq insult riskini artırır XƏBƏRDARLIQ

Cəmiyyət | 17:31 • 15 Dekabr 2019
Günorta yatmaq insult riskini artırır

Elm adamları günorta yatmağın öldürücü təsirindən danışıb.

Çinin Uxan Universitetinin alimləri bu barədə xəbərdarlıq edib.

Onlar hesab edir ki, günorta, eyni zamanda 9 saatdan artıq yatmaq insult riskini artırır.

6 il davam edən tədqiqatda 31 750 çinli iştirak edib. Onların orta yaş göstəricisi isə 62 olub. İştirakçılardan 1557-də insult halına rast gəlinib.

Onların 8%-i 90 dəqiqə və daha çox, 24%-i isə 9 saat və daha artıq yatıb. Sonuncularda 7-8 saat yatanlarla müqayisədə insult riski 23% çox olub./publika.az

Xəbər lenti