Xəzər Xəbər

Anbardan velosiped, evlərdən qızıl oğurlayan şəxslər yaxalanıb

Hadisə | 16:28 • 14 Dekabr 2019
Anbardan velosiped, evlərdən qızıl oğurlayan şəxslər yaxalanıb

Dekabrın 13-nə keçən gecə Yasamal rayonunda anbardan oğurluq edilməsi barədə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə müraciət daxil olub.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, məlumatla əlaqədar rayon polis idarəsinin 26-cı polis bölməsinin əməkdaşları tərəfindən dərhal tədbirlər həyata keçirilib. Cəbrayıl rayon sakini T.Bayramova məxsus anbardan dörd velosipedin oğurlandığı müəyyənləşdirilib. "İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Kazımov saxlanılıb.


Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayondakı dörd evdən 14 min 920 manat pul, 11 min 200 manat dəyərində qızıl-zinət əşyaları və bir noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Namazov yaxalanıb.


Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayondakı evlərin birindən televizor, DVD, altı suvenir qılınc və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Mansurov və Z.Nəsibov tutulub.


Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında rayondakı iki evdən 13 min 720 manat dəyərində qızıl-zinət əşyaları, 100 ABŞ dolları və 200 rubl oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Namazovu saxlayıblar.

Xəbər lenti