Xəzər Xəbər

Cəlilabadda iribuynizlu heyvanlar xəstəliyə yoluxub, tələfat var - VİDEO

Veb TV | 20:50 • 14 Dekabr 2019
Cəlilabadda iribuynizlu heyvanlar xəstəliyə yoluxub, tələfat var -

Cəlilabadda iribuynizlu heyvanlar arasında xəstəlik yayılıb.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Oğrubulaq kənd sakini Babək Həsənovun təsərrüfatında mal-qara arasında ölüm halları müşahidə olunur.

Təsərrüfat sahibinin sözlərinə görə, oktyabr ayından başlayaraq heyvanlar xəstəliyə yoluxmağa başlayıb. Xəstəliyin ilkin əlamətləri isə heyvanların hərarətinin yüksəlməsidir.

Bu hal bir çox təsərrüfatlarda movcud olsa da, ən çox ölüm faktı Babək Həsənovun təsərrüfatında qeydə alınıb. Onun sözlərinə görə, müalicə tədbirləri aparılmasına baxmayaraq xəstə heyvanları sağaltmaq mümkün olmayıb. İki gün əvvəl isə onun sayca yeddinci inəyi xəstəlikdən tələf olub.

Məsələ ilə bağlı Oğrubulaq kənd sahə baytar həkimi İzulla Məmmədov bildirib ki, məlumat alan gündən Babək Həsənovun təsərrüfatı nəzarətə götürülüb. Müayinə zamanı heyvanların qan parazitar xəstəliyinə tutulması aşkarlanıb. El dilində "qızdırma" adlanan bu xəstəliyin müalicəsi gecikdirildiyi halda heyvanların ölümünə səbəb olur.

Hazırda təsərrüfatda sağlam mal-qara arasında profilaktik tədbirlər davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti