Xəzər Xəbər

İsmayıllının öz yanardağı var VİDEO

Veb TV | 20:21 • 13 Dekabr 2019
İsmayıllının öz yanardağı var

Ismayıllı rayonunda el arasında "od yanar" kimi tanınan ərazi movcuddur. Bir neçə hektar ərazini əhatə edən bu yerdə qaz ilə qarışıq maye qaynayır və yanır. Rayonun Turizm Informasiya Mərkəzindən bildirilib ki, bu, turistlərin cəlb edilməsi üçün əlverişli ola bilər.

İsmayıllının da öz yanardağı var.

Yerdə qaz ilə qarışıq maye qaynıyır və təxminən 40 sm hündürlüyündə alov yanır.

İsmayıllı rayonunda el dili ilə "od yanar" kimi tanınan ərazi movcuddur. Bura rayonun Yuxarı Culyan kəndi yaxınlığında qədim yurd "Zanqı" kimi tanınır. Həmin əraziyə Lahıc qəsəbəsindən avtomobil ilə 40 dəqiqəyə çatmaq mümkündür. Lakin avtomobil yolu olmadığına görə, atla 1 saat yarıma getmək olur.

Turizm informasiya mərkəzinin direktoru Səbuhi Süleymanov deyir ki, bu ərazilərə turistləri cəlb etmək də mümkündür. Mərkəz tərəfindən nümayəndələr həmin əraziyə baxış keçirib, video və foto şəkillər çəkilib.

O da bildirildi ki ''od yanar'' kimi tanınan yer bir neçə hektar sahəni əhatə edir.

Xəbər lenti