Xəzər Xəbər

Altayda FACİƏ - 6 nəfər diri-diri yandı - VİDEO

Veb TV | 15:16 • 13 Dekabr 2019
Altayda FACİƏ -

Rusiyanın Altay diyarının Zavyalovski rayonunda fərdi yaşayış evində baş verən yanğın nəticəsində altı nəfər ölüb.

"Report” xəbər verir ki, bu barədə RİA "Novosti”yə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Qlubokoe yaşayış məntəqəsi, Birinci may küçəsində baş verən yanğının söndürülməsi zamanı altı nəfərin cəsədi aşkarlanıb”. Ölənlərin dördü uşaqdır.

Yanğının söndürülməsinə canlı qüvvə və texnika cəlb edilib. Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.

Xəbər lenti