Xəzər Xəbər

ABŞ ermənilərə görə Türkiyəyə hücuma keçərsə, Ankara İsrailin bütün bilgilərini... ŞOK EHTİMAL

Dünya | 14:15 • 13 Dekabr 2019
ABŞ ermənilərə görə Türkiyəyə hücuma keçərsə, Ankara İsrailin bütün bilgilərini...

ABŞ-ın sanksiya təhdidləri iqtisadi bazarlar tərəfindən həssaslıqla izlənilir. Ancaq "erməni soyqırımı" qətnaməsinin Senatdan keçməsi bazara ciddi təsir göstərməyəcək.

Bu fikirləri "Xəbər7”nin yazarı Mehmet Acet son köşəsində qeyd edib.

"Erməni soyqırımı” qətnaməsinin Senatda səs çoxluğu ilə qəbul edilməsinə Türkiyədən necə cavab verilməsinə toxunan yazar bildirib ki, ABŞ hökumətinin Türkiyə ilə münasibətlərin qopmasına səbəb ola biləcək mövqedən uzaq dayanması Konqresin sanksiya təhdidlərinin bazarlar üzərindəki təsirini zəiflədir: "Bazarlar sanksiya ehtimalını böyük ölçüdə satın alıb. Donald Tramp qətnaməni imzalasa belə, bazarlardə sərt küləklər əsməyəcək. Lakin Konqresdən çıxan sanksiya qərarı diplomatik münasibətləri baltalayacaq”.

M.Acet Konqresin Türkiyəyə qarşı sanksiyalarının cavabsız qalmayacağını, ABŞ-ın "İncirlik” və "Kürəcik” bazalarının bağlanması daxil olmaqla, ciddi nəticələr doğuracağını bildirib: "Bu, Türkiyəyə qarşı hücuma keçənlər üçün əyləc effektli cavab ola bilər. Çünki hər iki baza ABŞ-ın asanlıqla vaz keçə biləcəyi əhəmiyyətdə deyil. "Kürəcik” NATO bazası kimi görünür. Lakin buradakı radarlara gələn məlumatlar sıfır saniyə içində ABŞ-a çatır. Ankaranın səlahiyyətləri çərçivəsində bazaya daxil olması, hər şeydən əvvəl, İsrailin təhlükəsizliyi daxil, bir çox mövzuda ciddi bilgi axınının başa çatması anlamına gəlir. Belə bir ehtimal qarşı tərəfin istədiyi kimi hərəkət edə bilməyəcəyi anlamına gəlir"./publika.az

Xəbər lenti