Xəzər Xəbər

Ötən gün törədilmiş 19 cinayətin üstü açılıb

Hadisə | 13:12 • 13 Dekabr 2019
Ötən gün törədilmiş 19 cinayətin üstü açılıb

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 19 cinayətin üstünü "isti izlər”lə açıblar.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış altı cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan səkkiz nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında baş vermiş bir ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli doqquz, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyənləşdirilib.


Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Xəbər lenti