Xəzər Xəbər

Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Dünya | 08:56 • 13 Dekabr 2019
Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

AB liderləri Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini uzatmaq qərarına gəliblər.


Xezerxeber.az xəbər verir ki, bu barədə "RİA Novosti” Avropa Şurasındakı diplomatik mənbəyə istinadən məlumat yayıb.


Məlumata görə, dekabrın 12-də keçirilən AB sammitində liderlər təkcə iqlim problemlərini deyil, digər məsələləri də müzakirə ediblər.


"Onların arasında Rusiya da var idi. Sanksiyalar uzadıldı”, - deyə mənbə bildirib.


Bundan əvvəl, Avropa Birliyinin dövlət və hökumət başçılarının Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin uzadılması ilə bağlı qərar verəcəyi bildirilib.

Xəbər lenti

Çox oxunanlar