Xəzər Xəbər

Elsevər Ağayev: Azərbaycanda şprislərin parametrləri yoxlanılacaq - VİDEO

Veb TV | 19:22 • 11 Dekabr 2019
Elsevər Ağayev:

Ölkəyə gətirilən və burda istehsal edilən şprislər tam standartlara uyğundur. Səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, 3 hissəli şprislərin saxta olması ilə bağlı iddialar əsassızdır. Növbəti ildən isə şprislərin bütün parametrlərinin yoxlanılması üçün laboratoriyalar yaradılacaq.

"Bütün dərman preparatlarinda olduğu kimi, səhiyyə nazirliyi tərəfindən şprislərin də sterilliyi yoxlanilir və bunun standartlari müəyyənləşib".Bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini son zamanlar 3 hissəli şprislərlə bağlı yayılan məlumata da aydınlıq gətirib.Elsevər Ağayev bildirib ki,bu şprislərin saxta olması ilə bağlı iddialar əsassızdır və onların istifadəsi qadağan edilməyəcək.

Nazir müavini şprislərlə bağlı yoxlamaların davam etdirələcəyini və xüsusi labaratoriyanın da yaradılacağıını bildirib.

Qeyd edək ki,ölkəmizdə fəaliyyətə başlayan şpris zavodu ildə 150 milyon ədəd istehsal gücünə malikdir..

Xəbər lenti