Xəzər Xəbər

Ağdamda güclü partlayış XƏSARƏT ALAN VAR

Hadisə | 13:57 • 11 Dekabr 2019
Ağdamda güclü partlayış

Ağdam rayonunda partlayış baş verib.

XəzərXəbər Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Quzanlı qəsəbəsində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib. Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti