Xəzər Xəbər

ABŞ-ın xam neft ehtiyatları artıb

Dünya | 13:11 • 11 Dekabr 2019
ABŞ-ın xam neft ehtiyatları artıb

Ötən həftə Birləşmiş Ştatların neft ehtiyatları çoxalıb.


Bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 1,41 milyon barrel artıb. Bazar proqnozları isə ehtiyatların azalacağı istiqamətində idi. Əvvəlki həftə ehtiyatlar 3,72 milyon barrel artmışdı.


Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

Xəbər lenti