Xəzər Xəbər

ABŞ-ın mərhum Prezidentinin nəvəsi Konqresə namizədliyini irəli sürür

Dünya | 11:33 • 11 Dekabr 2019
ABŞ-ın mərhum Prezidentinin nəvəsi Konqresə namizədliyini irəli sürür

ABŞ-ın mərhum Prezidenti Corc Buşun (ata) nəvəsi Pirs Buş Birləşmiş Ştatlar Nümayəndələr Palatasının üzvlüyünə namizədliyini irəli sürüb və seçki kampaniyasına başladığını elan edib.


Gənc Buşun 2016-cı ildə Donald Trampın 9 bal topladığı ştatdan namizədliyini irəli sürməsi ABŞ-ın indiki Prezidenti ilə nüfuzlu Buş ailəsi arasında antaqonist ziddiyyətlərin kəskinləşdiyi bir dövrdə baş verir.


AZƏRTAC xəbər verir ki, Pirs Buş qeyri-kommersiya təşkilatının rəhbəridir və ilk dəfədir ki, siyasi vəzifəyə namizədliyini irəli sürür. Lakin onun arsenalında Texas ştatının ən nüfuzlu ailəsinin üzvü titulu və ilkin seçkilərdə üstünlük qazanmağa imkan verəcək donor şəbəkəsi var.


Respublikaçılar partiyasının üzvü Pit Olsonun iyulun əvvəlində yeddinci müddətə konqresmen seçilməyəcəyi barədə bəyanatından dərhal sonra bir çox siyasətçi bu seçki dairəsindən namizədliyini irəli sürüb. Demokratlar partiyasından da bu vəzifəyə seçilmək istəyənlərin sayı çoxdur, belə ki, həmin dairə əhalinin sıx olması ilə yanaşı, Birləşmiş Ştatların cənubunun və Texas ştatının ən böyük sənaye mərkəzi olan Hyustonu da əhatə edir.

Xəbər lenti