Güləşçi Əbdülrəşid Sədullayev Dağıstan və Çeçenistanın müsəlman lideri, "Qafqaz qartalı” Şeyx Şamilin fotosu əks olunmuş köynək geyindiyi üçün cəzalandırılıb.
Beynəlxalq Güləş Federasiyası Sədullayevi 4 ay döşəkdən uzaqlaşdırıb.
Qeyd edək ki, güləşçi həmin köynəyi Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən çempionatın mükafatlandırma mərasimində geyinmişdi.
Xatırladaq ki, Əbdülrəşid Sədullayevin 1 olimpiya, 4 dünya və 4 Avropa çempionluğu var. O, ötən ay Dünya Çempionatında birinci olmuş və bu zəfərini Şeyx Şamilə həsr etmişdi./publika.az