Xəzər Xəbər

“Normandiya dördlüyü” dövlətlərinin rəhbərlərinin görüşü olub - FOTO

Dünya | 08:39 • 10 Dekabr 2019
“Normandiya dördlüyü” dövlətlərinin rəhbərlərinin görüşü olub -

Parisdə Şərqi Ukraynadakı vəziyyəti həll etmək üçün Normandiya formatı” sammitində dörd ölkənin - Almaniya, Rusiya, Ukrayna və Fransa rəhbərlərinin Yelisey sarayındakı görüşü keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, danışıqlar iki saatdan çox davam edib. "Normand dördlüyü” liderlərinin görüşündən sonra Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna lideri Vladimir Zelenskinin mübahisəli təbii qaz məsələsi ilə bağlı ikitərəfli görüşü gözlənilir.

Qeyd edək ki, Şərqi Ukrayna üzrə danışıqların "Normandiya formatı” 2014-cü ilin iyunundan mövcuddur. Sonuncu görüş 2016-cı ildə müttəfiq qoşunlarının Normandiyaya çıxmasının 70 illiyi münasibətilə keçirilən tədbir çərçivəsində baş tutub.

Görüşdən Almaniya, Rusiya, Ukrayna və Fransa rəhbərləri mətbuat konfransı keçiriblər.


Konfransda bildirilib ki, Fransa, Almaniya, Rusiya və Ukraynanın dövlət rəhbərləri 2019-cu ilin sonuna qədər regionda sabitliyi təmin etmək məqsədilə Şərqi Ukraynada atəşkəsi dəstəkləyən tədbirlərin həyata keçirilməsi ilə bağlı razılığa gəliblər.


Mətbuat konfransını Fransa prezidenti Emmanuel Makron açaraq, "Normandiya dördlüyü”nün görüşünün qənaətbəxş olduğunu bildirib. Almaniya kansleri Angela Merkel çətin məsələlərin həlli istiqamətində güclü iradənin olduğunu qeyd edib.


Ukrayna prezidenti də Paris görüşünün uğurlu olduğunu bildirib. Vladimir Zelenski qeyd edib ki, təhlükəsizlik təmin edilmədən siyasi həll mümkün deyil.


Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı ilə görüşün yaxşı keçdiyini və qənaətbəxş olduğunu deyib. O, əsasən Minsk sazişinin həyata keçirilməsi məsələsinə toxunub.


Görüşdə birgə bəyanatın qəbul edildiyi, əsirlərin dəyişdirilməsi məsələsində razılıq əldə olunduğu diqqətə çatdırılıb.


Mətbuat konfransında "Normandiya dördlüyü”nün növbəti görüşünün dörd aydan sonra keçirilməsi ilə bağlı razılığa gəlindiyi vurğulanıb.

Xəbər lenti