Xəzər Xəbər

Xəzər dənizinin bioloji aləmi üçün ciddi təhlükə VİDEO

Veb TV | 19:52 • 9 Dekabr 2019
Xəzər dənizinin bioloji aləmi üçün ciddi təhlükə

Son 15 ildə xəzər dənizinin səth suyunun temperaturu xeyli yüksəlib. Coğrafiya Institutundan verilən məlumata görə, dənizdə temperaturun qalxıb-enməsi qeydə alınmalıdır. Lakin son 15 il ərzində temperaturun enməsi deyil, Ardıcıl olaraq yalnız artımı müşahidə edilir. Artım belə davam edərsə, dənizin ekosistemi üçün ciddi fəsadlar yarana bilər.

Xəzər dənizinin bioloji aləmi üçün təhlükə yarana bilər…

Son illər ərzində Xəzər dənizinin səth suyunun temperaturu yüksəlib. Coğrafiya İnstitutunun Xəzər Dənizinin Monitorinqi şöbəsinin müdiri Rauf Qardaşovun sözlərinə görə, 2001-2015-ci illər ərzində Xəzər dənizinin səth suyunun temperaturu ildə orta hesabla 0,023 dərəcə selsi artıb. Qeyd edilib ki, dənizdə temperaturun qalxıb-enməsi qeydə alınmalıdır. Amma son 15 il ərzində temperaturun enməsi deyil, ardıcıl olaraq yalnız artımı müşahidə edilir.

Rauf Qardaşov bildirib ki, artım belə davam edərsə, dənizin ekosistemi üçün ciddi fəsadlar yarana bilər. Çünki səth sularının temperaturunun çox yüksəlməsi dənizin ekosisteminə çox mənfi təsir edir. Balıqlar, suitilər müəyyən temperatura alışırlar. Onların çoxalma dövrləri hansısa temperaturla müşayiət olunur. Əgər bu temperaturda 0,5, yaxud 1 dərəcə yüksəlmə olursa, onda fəlakət yaranır, onlar kütləvi şəkildə məhv olur.

Xəzərdə səth sularının temperaturunun yüksəlməsinə səbəb kimi əsasən, qlobal istiləşmə göstərilir.

Xəbər lenti