Xəzər Xəbər

MAQATE-dən İran açıqlaması: Əməkdaşlıq edəcəyik

Dünya | 16:22 • 9 Dekabr 2019
MAQATE-dən İran açıqlaması: Əməkdaşlıq edəcəyik

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) yeni baş direktoru Rafael Qrossi İrana qarşı ayrı-seçkiliyə yol verməyəcəyini, agentliyin hər zaman İranla əməkdaşlıq etməyə çalışacağını bildirib.

Bu barədə Qrossi "RİA Novostiyə” müsahibəsində deyib.

O, agentliyin yeni rəhbəri olaraq İranla münasibətlərin hər mərhələsində qarşılıqlı hörmət prinsipi əsasında əməkdaşlığa can atacaqlarını, agentliyin öz işini dəqiqliklə yerinə yetirəcəyini və yeni metodologiyanın tətbiq edilməyəcəyini bildirib.

Xatırladaq ki, MAQATE Tehranın nüvə anlaşması çərçivəsində öhdəliklərini yerinə yetirməsinə nəzarət edir./axar.az

Xəbər lenti