Xəzər Xəbər

Xırdalanda partlayış baş verib, xəsarət alan var

Hadisə | 11:47 • 9 Dekabr 2019
Xırdalanda partlayış baş verib, xəsarət alan var

Abşeron rayonunun Xırdalan şəhərində partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, ümumi sahəsi 1080 m² olan (hər mərtəbəsi 360 m² sahədə) üçmərtəbəli binanın birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib.

Yanğın nəticəsində 1 otağın qapısı və içərisində olan 20 ədəd karton tara yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti