Xəzər Xəbər

Ağsunun kəndində dəhşət: qardaşı arvadını kəndirlə boğdu – Namus cinayəti

Hadisə | 14:53 • 7 Dekabr 2019
Ağsunun kəndində dəhşət:

Ağsu rayonunda qardaşı arvadını boğaraq öldürən Nəriman Zahidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Nahid Mirzəyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası dekabrın 13-nə təyin edilib.

İttihama görə, Ağsu rayonun Qiyaslı kəndində Nəriman Zahidov qardaşının həyat yoldaşı, 19 yaşlı Xumar Zahidovanı kəndirlə boğaraq öldürüb. Hadisə ilə bağlı təqsirli bilinən Nəriman Zahidov hüqüq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Nəriman Zahidov və qətlə yetirdiyi Xumar Zahhidova ilə ailəlikcə bir evdə yaşayıblar. Xumar kəndlərində olan başqa bir oğlanla telefonda danışıb və münasibət qurub. Bundan xəbər tutan Nəriman, qardaşının yoldaşını yaşadığı evdə kəndirlə boğaraq öldürüb.

Xumar Zahidova 2018-ci ildə ailə qurub və iki aylıq körpəsi var. Qadın onu öldürməkdə şübhəli bilinən Nərimanın doğma bibisi qızıdır.

İstintaq orqanı tərəfindən Nəriman Zahidovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib./teleqraf

Xəbər lenti