Xəzər Xəbər

Devrilən prezident Kubaya uçdu: “Müvəqqəti səfərdir…”

Dünya | 14:42 • 7 Dekabr 2019
Devrilən prezident Kubaya uçdu: “Müvəqqəti səfərdir…”

Boliviyanın keçmiş prezidenti Evo Morales Meksikadan Kubaya uçub.

Bu barədə Meksika Xarici İşlər Nazirliyinin nümayəndəsi Roberto Velasko Tvitterdə yazıb:

"Evo Morales haqqında yayılan məlumatlara gəlincə, aydınlaşdırdıq ki, bu gün səhər cənab Morales Kubaya yola düşüb. Bizə dediyi kimi, bu, müvəqqəti səfərdir”.

Evo Moralesin yaxın ətrafı isə bildirib ki, Boliviyanın sabiq prezidenti Kubaya tibbi müayinə üçün gedib.

Bundan əvvəl Boliviyanın müvəqqəti prezidenti Janin Anyes keçmiş Boliviya liderinin cinayət təqibindən qorunmasını təmin edən qanun layihəsini rədd edib./teleqraf

Xəbər lenti