Xəzər Xəbər

“Ciddiyə alınmır, amma dünyanı ələ keçirməyə yaxındır” – Şok iddia

Dünya | 12:35 • 6 Dekabr 2019
“Ciddiyə alınmır, amma dünyanı ələ keçirməyə yaxındır”

"NATO-nun baş düşməni Rusiya yox, Çindir”.

Bu barədə Almaniyada nəşr olunan "Die Welt” qəzetində yer alan analitik məqalədə bildirilib.

Nəşrin iddiasına görə, hərbi-siyasi blokda Çinin rolu haqda fikir birliyi yoxdur. ABŞ Çini düşmən kimi qəbul etdiyi halda, NATO-ya üzv Fransa və Almaniya bu dünya nəhəngini sadəcə iqtisadi rəqib kimi görür:

"Almaniya və Fransa Avropaya investisiya yatıran Pekinin qitənin siyasi dairələrini də satın almaq kimi təhlükəli gedişlərini ciddiyə almır. Halbuki Çin dünya okeanları üzərində öz nüfuz dairəsini genişləndirmək üçün ciddi cəhdlə beynəlxalq dəniz nəqliyyatını ələ keçirməyə yaxındır”.

Məqalədə Çinin ən müasir silahlarla gücləndirilmiş ordusunun olduğuna vurğu edilir və qeyd olunur ki, dünya nəhənginin Avstraliya, Cənubi Koreya və Yaponiya üzərindəki təsirli oyunları da ABŞ-ın qlobal güc olması haqda şübhələri bir qədər də artırır.

Nəşr Çinin dünya üzərində artan nüfuzunun Avropa və digər dövlətlər üçün dramatik nəticələr ortaya çıxaracağını iddia edir./teleqraf

Xəbər lenti