Xəzər Xəbər

Məşhur aktrisa rəfiqəsinin sevgilisi ilə görüşməyə başladı - FOTO

Şou Biznes | 12:21 • 6 Dekabr 2019
Məşhur aktrisa rəfiqəsinin sevgilisi ilə

"Hər yerdə sən” serialının baş qəhrəmanları Aybüke Pusat və Furkan Andıç dünən hava limanında görüntülənib.

Türkiyə mətbuatı xəbər verir ki, aktrisa ilə aktyorun birlikdə tətilə yollandığı iddia edilib. Bu, serialda tərəf müqabili olan cütlüyün sevgili olması xəbərlərini gücləndirib.

Məlumat üçün bildirək ki, Furkan Andıç ötən il "Çukur” serialında Sena obrazını canlandıran aktrisa Dilan Çiçək Dənizlə sevgili idi. Dilan Çiçək Dəniz isə Aybüke Pusatla birlikdə gözəllik müsabiqəsində iştirak edib. Dilan müsabiqənin ikincisi, Aybüke isə qalib olmuşdu./publika.az


Xəbər lenti