Xəzər Xəbər

NATO təşvişdə: Yeni rəqibi var - Təhlükə yaxınlaşır

Dünya | 12:13 • 6 Dekabr 2019
NATO təşvişdə:

NATO-nun London sammitində Çinin inkişafından danışılıb. Yekun bəyannamədə Çinlə mübarizə aparılmasının lazımlığı bildirilib. Qeyd edilib ki, bundan sonra ittifaq artıq Pekinə daha çox diqqət ayıracaq.

NATO Baş katibi Yens Stoltenberq açıqlamasında da bu məsələyə açıq şəkildə toxunub.

London sammitinin yekun bəyyannaməsində Çin ilk dəfə "Alyans üçün mümkün təhlükə" kimi qeyd edilib: "Çinin beynəlxalq siyasətinin təsirinin fərqindəyik. Bununla mübarizə aparmalı olduğumuzu bilirik".

Stoltenberq açıqlamasında Çinin NATO-ya yaxınlaşdığını nəzərə almalı olduqlarını deyib və Pekinin Afrika və Avropadakı fəaliyyətindən bəhs edib./axar.az

Xəbər lenti