Xəzər Xəbər

"Azərneftyağ" zavodunun ərazisi "Ağ Şəhər"ə verilib - VİDEO

Veb TV | 20:38 • 5 Dekabr 2019
"Azərneftyağ" zavodunun ərazisi "Ağ Şəhər"ə verilib -

Uzun illərdir ki, fəaliyyətdə olan istehsalat qurğuları, saxlanma anbarları və çənlər tarixə qovuşacaq.Onlar sökülərək yerində park və yaşayış üçün daha əlverişli şərait yaradılacaq.

Xezerxeber.az-ın məlumatına görə, söhbət keçmiş "Azərneftyağ" zavodunun ərazisindən gedir.

Dövlət Neft Şirkətinin ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib ki, paytaxtın Xətai rayonunda yerləşən "Azərneftyağ" zavodunun ərazisində olan qurğuların və çənlərin demontaj olunmasına başlanılıb. Ərazi yaxın zamanda "Ağ Şəhər" layihəsinə təhvil veriləcək.

Hazırda zavodda ilkin neft emalı qurğusu fəaliyyət göstərir. Bakı Neft Emalı Zavodunda qurğularda dayanma olduğu halda ilkin neft emalı qurğusunun istifadəsi müəyyən məhsulların istehsalını əvəzləməyə imkan verir.

İbrahim Əhmədov onu da bildirib ki, zavod ərazisində bütün işlərin 2025-ci ilədək tamamlanması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti