Xəzər Xəbər

Əlil və şəhid ailələrinin mənzil təminatı ilə bağlı 500 min manat ayrıldı - SƏRƏNCAM

Gündəm | 16:12 • 22 Noyabr 2019
Əlil və şəhid ailələrinin mənzil təminatı ilə bağlı 500 min manat ayrıldı -

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlil və şəhid ailələrinin mənzil təminatı ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. 

Xezerxeber.az-ın məlumatına görə, sərəncamda deyilir ki, əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 500 000 (beş yüz min) manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın.


2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.


3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Xəbər lenti