Xəzər Xəbər

ABŞ-dan Türkiyəyə TƏK ŞƏRT: dərhal onları məhv edin, ya da...

Dünya | 11:20 • 22 Noyabr 2019
ABŞ-dan Türkiyəyə TƏK ŞƏRT:

Türkiyə rəsmi Vaşinqton ilə münasibətləri tənzimləmək istəyirsə, dərhal S-400 sistemindən xilas olmalıdır.

"Röyters” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Departamentin ali səviyyəli rəsmisi bildirib ki, Ankara problemlərin həll edilməsini istəyirsə, ya S-400-lərdən imtina etməli, ya da onlardan qurtulmalıdır: "Türkiyənin müzakirələrə geri qayıtmaq ehtimalı var. Bunun üçün S-400-ləri ya məhv etməli, ya da bir yolla ondan xilas olmalıdır”./publika.az

Xəbər lenti