Xəzər Xəbər

Lotereyada böyük məbləğ udan kişi evdən qaçdı

Dünya | 11:36 • 21 Noyabr 2019
Lotereyada böyük məbləğ udan kişi evdən qaçdı

Taylandda lotereya udan kişi arvadından qaçıb.


"Asia One”ın xəbərinə görə, Vijak Vannaprasit və arvadı Porntida Çamnanvetin aldığı lotereya biletinə 270 min dollar (459 min AZN) çıxıb.


Onlar bileti almazdan öncə qazanacaqları məbləği paylaşacaqları barədə razılığa gəliblər.


Sonradan Vijak arvadına qazancın yalnız 1/3 hissəsini verəcəyini deyib.


İkinci razılaşmayanda, o bileti götürüb evdən qaçıb.


Porntida bununla bağlı yerli polisə müraciət edib.


Vəkilin dediyinə görə, Vijak bileti qanunsuz mənimsədiyinə görə üç ilə qədər həbs oluna bilər.


Bundan sonra, Vijak evə qayıdıb və məbləği arvadı ilə bölməyə razı olub.

Xəbər lenti