Xəzər Xəbər

Bu yolda sürücülərin əsəbləri tarıma çəkilir - VİDEO

Veb TV | 20:32 • 27 Noyabr 2019
Bu yolda sürücülərin əsəbləri tarıma çəkilir -

Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonundan keçən hissəsində sürücülər çətin vəziyyətlə üzləşirlər. Buna səbəb 4 km-ə yaxın ərazidə ötmə əməliyyatının qadağan edilməsi və sürət həddinin saatda 50 km-lə məhdudlaşdırılmasıdır. Ərazidən tez-tez ağır tonnajlı maşınlar keçdiyi üçün sürət daha da azaldığından sürücülərin əsəbləri tarıma çəkilir.

Xezerxeber.az-ın məlumatına görə, sürücülərdən biri vəziyyəti əks etdirən görüntü də çəkib.

Görüntüdən aydın olur ki, qarşıda ağır tonnajlı avtomobil asta sürətlə hərəkət edir. Biri gediş, bir gəlişdən ibarət olan yolda düz xətt çəkildiyindən sürücülər onu ötə bilmirlər. Üstəlik, ötməni qadağan edən xəttin uzunluğu da kilometlərlədir.

Sürücülərdən biri tərəfindən çəkilərək ''Xəzər Xəbər'' in votsap nömrəsinə göndərilən bu görüntü Hacıqabul-Bəhramtəpə-Mincivan avtomabil yolunun Sabirabad rayonunun Qaratəpə kəndindən keçən hissəsindəndir.

Sürücülərin sözlərinə görə, əvvələr yolda hərəkət sürəti yüksək olub və ötəməyə icazə verilən yerlər qoyulub.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev bildirib ki, sözügedən məsələ ilə bağlı hələlik sürücülərdən yol polisinə hər hansı müraciət daxil olmayıb. Amma məsələ araşdırılacaq və yol hərəkətinin təşkilində hər hansı problem varsa aradan qaldırılacaq.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti