Xəzər Xəbər

Əfqanıstanda “Taliban” hərbi bazaya hücum edib, 13 nəfər öldürülüb

Dünya | 12:48 • 20 Noyabr 2019
Əfqanıstanda “Taliban” hərbi bazaya hücum edib, 13 nəfər öldürülüb

Əfqanıstanda "Taliban” hərəkatının döyüşçüləri hərbi bazaya hücum ediblər, nəticədə 13 nəfər hərbçi öldürülüb.

Bu barədə "Tolo News” mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə ötən gün axşam saatlarında Əfqanıstanın şimal şərqində, Kunduz vilayətində baş verib.

Hadisə nəticəsində 13 hərbçi öldürülüb, 5 nəfər yaralanıb.

Xəbər lenti