Xəzər Xəbər

Tovuz sakininin evindən 25 kiloqramdan çox marixuana götürülüb

Hadisə | 15:27 • 19 Noyabr 2019
Tovuz sakininin evindən 25 kiloqramdan çox marixuana götürülüb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.


Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Düz Qırıqlı kənd sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş A.Cəlilovun evinin zirzəmisindən 25 kiloqram 200 qram marixuana aşkar edilərək götürülüb.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti