Xəzər Xəbər

Milli Məclis bu qanunlara dəyişiklik etdi

Gündəm | 12:25 • 19 Noyabr 2019
Milli Məclis bu qanunlara dəyişiklik etdi

Milli Məclis Mülki Prosessual Məcəlləyə, "Uşaq hüquqları haqqında” və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunlara dəyişiklik edib.

XəzərXəbər xəbər verir ki, bu haqda deputatlara Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Komitə sədri deyib ki, qanunlara dəyişiklik övladlığa götürmə ilə bağlıdır. O, xatırladıb ki, övladlığa götürmə sonda məhkəmə yolu ilə öz həllini tapır:

"Qanunlara dəyişiklik bu prosedurun şəffaf və asanlaşdırılmasını nəzərdə tutur.

Qanun layihələri səsə qoyularaq qəbul edilib.

Xəbər lenti