Xəzər Xəbər

ABŞ YPG-li qadınlar üçün akademiya açdı – Sensasiya

Dünya | 12:43 • 19 Noyabr 2019
ABŞ YPG-li qadınlar üçün akademiya açdı

Suriyanın şimalında terror təşkilatı YPG-ni yetişdirmək üçün bütün vasitələri səfərbər edən ABŞ yeni layihəyə imza atıb.

TIR-larla dolu silah və avtomobillərlə YPG-ni gücləndirməyə çalışan ABŞ qadın terrorçulara hərbi təlim keçməyə başlayıb.

Türkiyənin keçirdiyi "Sülh çeşməsi” əməliyyatı zamanı böyük zərbə alan YPG terrorçu sayının azalmasını kompensasiya etmək üçün qadınları cəlb edib. ABŞ-ın köməyi ilə qurulan hərbi akademiyada qadınlara təlim keçilir.

İŞİD-ə qarşı yaradılan ABŞ rəhbərliyindəki hərbi koalisiyanın mətbuat katibi Mayls Kaqqins YPG/PKK-nın qadın qolu YPJ-nin təlimlərini sosial mediada PKK-nin "Aslan aslandır, dişi və erkək fərq eləməz” şüarı ilə paylaşıb.

Kürd və ingilis dillərindəki paylaşımında polkovnik yeni döyüşçülərə uğurlar arzulayıb./teleqraf

Xəbər lenti