Xəzər Xəbər

AVRO-2020: Türkiyə millisi 3-cü səbətdə yer aldı

İdman | 13:35 • 19 Noyabr 2019
AVRO-2020:

Avro-2020-nin seçmə mərhələsinin 10-cu turunun 7 oyunundan sonra bəzi yığma komandaların final mərhələsinin püşkatmasındakı səbəti müəyyənləşib.

XəzərXəbər xəbər verir ki, oyunları ölkəmizdə də maraqla izlənilən Türkiyə millisi 3-cü səbətdə yer alacaq. Çünki "ay-ulduzlular” qrup ikinciləri arasında 3-8-ci yerlərdən birini təmin edib.

1-ci səbət:Belçika, İngiltərə, Ukrayna, İtaliya

2-ci səbət:Rusiya, Xorvatiya

3-cü səbət:Türkiyə, Avstriya

Final mərhələsinə yüksələn digər 10 komandanın hansı səbətdə yer almasına isə seçmə mərhələnin bu gün və sabah keçiriləcək oyunlardan sonra aydınlıq gətirəcək.

Xəbər lenti