Xəzər Xəbər

Emmanuel Makron: Fransa Koçaryanın məhkəməsini diqqətlə izləyir

Dünya | 21:15 • 18 Noyabr 2019
Emmanuel Makron: Fransa Koçaryanın məhkəməsini diqqətlə izləyir

Fransa Prezidenti Emmanuel Makron Ermənistanın hazırda həbsdə olan sabiq dövlət başçısı Robert Koçaryanın vəkilinin məktubuna cavab verib. Bunu Parisdən qayıdan vəkil Sevak Torosyan Yerevanda keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, sabiq prezidentin məhkəməsi ilə Avropanın digər ölkələrində də yaxından maraqlanırlar.


Xezerxeber.az erməni KİV-nə istinadla xəbər verir ki, Koçaryanın vəkili Fransa Prezidentinə ünvanlandığı məktubda son il ərzində baş verən proseslər haqqında məlumat verib. Məktubun nəticələrinin diplomatiya məsələsi olduğunu diqqətə çatdıran Torosyan qeyd edib ki, bir aydan sonra cavab göndərən Emmanuel Makron Fransanın Koçaryanın məhkəmə prosesini diqqətlə izlədiyini yazıb. Vəkil əlavə edib ki, xarici ölkələrin Ermənistandakı səfirləri də öz hökumətlərinə bu məhkəmə prosesi barədə mütəmadi məlumat göndərirlər.

Xəbər lenti