Xəzər Xəbər

“Airbus” Dubaydan 16 milyard dollarlıq 50 təyyarə sifarişi alıb

Texnologiya | 17:31 • 18 Noyabr 2019
“Airbus” Dubaydan 16 milyard dollarlıq 50 təyyarə sifarişi alıb

"Airbus” şirkəti Dubaydan 16 milyard dollarlıq 50 təyyarə tədarükü üçün kontraktı əldə edib. AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin aviaşirkəti ekstra geniş salonu olan "A350-900 XWB” ən müasir təyyarələrinin satın alınmasına dair kontraktı "Dubai Air Show” mülki aviasiya sərgisində elan edib.


Yeni və komfortlu təyyarələrin qanad hissəsi Böyük Britaniyada istehsal olunur, mühərriklər isə Rolls-Roys şirkətinə aiddir. BƏƏ-nin rəsmisi qeyd edib ki, ölkənin aviaşirkəti "Boeing” istehsalı olan başqa təyyarələrin əldə edilməsinə dair ABŞ-la danışıqlar aparır.


"Airbus” şirkətinin A380 laynerlərinin ən böyük operatoru BƏƏ hesab olunur. Bu ölkənin mülki aviasiya donanmasında şirkətin 100-dən çox təyyarəsi var.

Xəbər lenti