Xəzər Xəbər

SEPAH İranda keçirilən etiraz aksiyaları ilə bağlı bəyanat yayıb

Dünya | 15:41 • 18 Noyabr 2019
SEPAH İranda keçirilən etiraz aksiyaları ilə bağlı bəyanat yayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkədə qeyri-sabitliyin davam edəcəyi təqdirdə qətiyyətli tədbirlər görəcəyini və vəziyyətə müdaxilə edəcəyini bəyan edib.


APA-nın ISNA-ya istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın mətbuat xidmətinin yaydığı rəsmi bəyanatda bildirilir.


"Təhlükəsizliyə hər cür təhdidlərin və ölkədə sabitliyi pozan hərəkətlərin davam edəcəyi təqdirdə, buna həlledici cavab veriləcəkdir", - deyə bəyanatda qeyd olunur.

Xəbər lenti