Xəzər Xəbər

Həftəsonu baş verən yol qəzalarında 12 nəfər ölüb

Hadisə | 14:43 • 18 Noyabr 2019
Həftəsonu baş verən yol qəzalarında 12 nəfər ölüb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən 2 gün ərzində törədilmiş 23 cinayətin üstü "isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 22 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 8 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 12 nəfər ölüb, 5 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

Xəbər lenti