Xəzər Xəbər

Əsəd ordusu SES-i azad etdi: Hələbə işıq verildi

Dünya | 13:22 • 18 Noyabr 2019
Əsəd ordusu SES-i azad etdi: Hələbə işıq verildi

Suriyanın Hələb şəhərindəki gücünə görə ikinci su elektrik stansiyası hesab olunan "Tişrin” hakimiyyət qoşunlarının nəzarətinə keçib.

Bu barədə RİA Suriyadakı rus qoşunları komandanlığının nümayəndəsi Boris Fomiçevə istinadla informasiya yayıb.

"SES Suriya xalqının qəhrəmanlığı sayəsində azad edildi. SES-lə birlikdə ətraf ərazilər də təmizlənib. Hazırda "Tişrin” fəaliyyətini bərpa edib və Rakka, Hələb şəhərlərinə elektrik enerjisi verir”, - rus rəsmi bildirib./axar.az

Xəbər lenti