Xəzər Xəbər

Putinə simpatiya kəskin azaldı

Dünya | 13:18 • 18 Noyabr 2019
Putinə simpatiya kəskin azaldı

Rusiya Prezidenti Vladimir Putinə pozitiv münasibət 10% azalıb.

Bu nəticə "Levada Çentr” şirkətinin keçirdiyi sorğuda üzə çıxıb. Rusiyalıların 32%-i Putinə pozitiv münasibət bəsləyib. Putinə simpatiya bəsləyən respondentlər sorğu iştirakçılarının 24%-ni təşkil edib ki, belə göstərici sonuncu dəfə 2011-ci ildə qeydə alınıb.

Sorğu iştirakçılarının 15%-i neytral mövqedə dayandığını bildirib. Putinə neqativ münasibət bəsləyənlər ümumilikdə 6% təşkil edib.

Bununla belə, 70% respondent Rusiya prezidentinin fəaliyyətini dəstəklədiyini bildirib.

"Levada Çentr”in direktoru Lev Qudkov Vladimir Putinin tərəfdarlarının əsasən, regionlarda yaşayan qadınlar və yaşlı insanların olduğunu vurğulayıb. O, Putinə simpatiyanın azalmasının prezidentin siyasi kursu və təqaüd reformu ilə bağlı olduğunu söyləyib./Axar.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti