Xəzər Xəbər

Türk ölkəsi üçün böyük təhlükə Sensasion iddia

Dünya | 13:11 • 18 Noyabr 2019
Türk ölkəsi üçün böyük təhlükə

Şimali Kipr Türk Respublikasının bayrağının yandırıldığı bir vaxtda yunan mediası sensasion bir xəbər yayımlayıb.

"Politis" qəzetinin "Hər evdə bir silah" başlıqlı məqaləsində Cənubi Kiprin dünyada ən çox silah istifadə edilən ölkələr arasında ilk onluqda olmasına diqqət çəkilib.

Yazıda Cənubi Kiprin 1 milyon əhalisində ümumilikdə 285 min silah olduğu vurğulanıb.

Qeyd edək ki, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) qurulmasının 36-cı ildönümündə yunanlar bu ölkənin bayrağını yandırıblar./axar.az

Xəbər lenti