Xəzər Xəbər

Xəstəxanaya yerləşdirilən prezidentdən xəbər var

Dünya | 12:33 • 18 Noyabr 2019
Xəstəxanaya yerləşdirilən

Bir gün əvvəl ürək-damar sistemində yaranan problemlə əlaqədar təcili xəstəxanaya yerləşdirilən Serbiya Prezidenti Aleksandr Vuçiçin vəziyyəti normallaşıb.

Bu barədə Prezidenti müayinə edən həkimlər məlumat verib.

Prezident Aleksandr Vuçiç şəxsi "Twitter” səhifəsində xalqına və onun bu vəziyyətindən narahat olanlara təşəkkür edərək bazar ertəsi vəzifə başında olacağını açıqlayıb.

Qeyd edək ki, Serbiyanın dövlət başçısının vəziyyəti noyabrın 15-də qəfildən pisləşmiş və o xəstəxanaya yerləşdirilmişdi. Aleksandr Vuçiç 49 yaşındadır və 2017-ci ildən Serbiyanın Prezidentidir./teleqraf

Xəbər lenti