Xəzər Xəbər

Tələbə qızı aldadıb təcavüz etdilər Tükürpədən cinayət

Dünya | 12:17 • 18 Noyabr 2019
Tələbə qızı aldadıb təcavüz etdilər

Cənubi Afrikanın paytaxtı Cape Toundakı universitetlərin birində təhsil alan 19 yaşlı Uyinene Mrvetyana avqustun 24-də itkin düşüb.

Yaxınları qızdan xəbər ala bilmədiyi üçün polisə müraciə ediblər.

Tələbə sonuncu dəfə poçta gedərkən görünüb. 2 aylıq axtarış-əməliyyat tədbirlərindən sonra qadının poçt əməkdaşı tərəfindən qətlə yetirildiyi məlum olub. Şübhəli Uyinene Mrvetyananı aldadaraq poçta gətirdiyini və burada təcavüz etdikdən sonra qətlə yetirdiyini etiraf edib.

Qatil cəsədi maşının yük yerinə qoyaraq meşəlikdə basdırıb.

Uyinene Mrvetyananın başına gətirilənlər təkcə Cənubi Afrikada deyil, bütün dünyada hiddətlə qarşılanıb./teleqraf

Xəbər lenti