Xəzər Xəbər

Cem Yılmaz Fəxri Xiyabanda VİDEO

Veb TV | 11:52 • 18 Noyabr 2019
Cem Yılmaz Fəxri Xiyabanda

Türkiyənin məşhur stəndapçısı Cem Yılmaz Fəxri xiyabanı və Şəhidlər xiyabanındakı Türk şəhidliyini ziyarət edib.

Noyabrın 16-17-də Bakıda səfərdə olan Cem Yılmaz konsert proqramından sonra Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə ehtiramını ifadə edib, onların məzarı üzərinə gül dəstələri qoyub.

Aktyor daha sonra Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarət edib.

Xəbər lenti