Xəzər Xəbər

Daha 41 ailəyə ev verildi - VİDEO

Veb TV | 20:25 • 16 Noyabr 2019
Daha 41 ailəyə ev verildi -

Daha 41 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə ev verilib.

Xezerxeber.az-ın məlumatına görə, Hacıqabulda keçirilən təqdimetmə mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli də iştirak edib.

Bildirilib ki, indiyə kimi nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6951 mənzil və fərdi ev verilib. 2018-ci ildə bu kateqoriyadan olan şəxslərə nəzərdə tutulduğundan 3 dəfə çox- 626 mənzil təqdim edilib. Proses bu il də davam etdirilib və bütün rayonlarda həyata keçirilir. Sonra 6 ailəyə fərdi mənzillərin açarları təqdim edilib.

Ucarda isə 8 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi ev verilib. Qeyd edilib ki, bu kateqoriyadan olan insanların sosial təminatının gücləndirilməsi daim diqqət mərkəzindədir.

Sonra evlərə baxış keçirilib.

Qeyd edək ki, evlərin verilməsi 9 rayonda həyata keçirilib və bu kateqoriyadan olan 41 ailə evlə təmin olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti