Xəzər Xəbər

Yük avtomobilinin sürücüsü kobud qayda pozuntusuna yol verib - VİDEO

Veb TV | 18:58 • 17 Noyabr 2019
Yük avtomobilinin sürücüsü kobud qayda pozuntusuna yol verib -

Xaçmazda yük avtomobilinin sürücüsü kobud qayda pozuntusuna yol verib. O, daşıdığı yüklə həm hərəkət iştirakçılarına, həm də yol təsərrüfatına ziyan vurub.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı görüntülər Xaçmaz rayonunun Xudat şəhərində qeydə alınıb.

Hadisəni görən şahidlərdən biri dərhal həmin anları çəkərək ''Xəzər Xəbər''in votsap nömrəsinə göndərib.

Amma daşınan yük avtomobilin dövlət nömrə nişanını, bort üzərindəki isə silindiyindən aydın görsənmir. Kadrlardan görünən odur ki, sürücü bu şəkildə həmin yükü xeyli aparır. O, bu əməli ilə bütün hərəkət iştrakçıları üçün təhlükəli vəziyyət yaradır.

Qeyd edək ki, sürücü kobud qayda pozuntusu ilə yol təsərrüfatına da ziyan vurur.

Görüntüyə münasibət bildirən ekspert Elməddin Muradlı deyib ki, sürücü saxlanılmalı və məsələ araşdırılmalıdır. Digər tərəfdən, yükün daşınması onun təyinatına uyğun avtomobillə aparılmalıdır. Əgər sürücü yol təsərrüfatına zərər vurmayıbsa, yükdaşıma qaydasını pozduğu üçün inzibati qaydada 40 manat cərimə edilə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti