Xəzər Xəbər

Avropa İnvestisiya Bankı ənənəvi enerji mənbələri üzrə layihələri maliyyələşdirməyəcək

İqtisadiyyat | 15:21 • 15 Noyabr 2019
Avropa İnvestisiya Bankı ənənəvi enerji mənbələri üzrə layihələri maliyyələşdirməyəcək

Avropa İnvestisiya Bankı (EIB) 2021-ci ildən etibarən ənənəvi enerji mənbələri üzrə layihələri maliyyələşdirməyəcək.


AZƏRTAC xəbər verir ki, bu barədə bankın məlumatında deyilir.


Bildirilir ki, EIB-in Direktorlar Şurası enerji layihələrinin maliyyələşdirilməsində yeni bir siyasət qəbul etmək və iqlim dəyişikliyinə qarşı mübarizədə alternativ enerji mənbələri üzrə layihələrə diqqət ayırmaq qərarına gəlib. Buna görə də, bank 2021-ci ildən sonra təbii qaz da daxil olmaqla heç bir ənənəvi enerji mənbələri üzrə layihələri maliyyələşdirilməyəcək.


EIB 2021-2030-cu illərdə aşağı karbon emissiyasını dəstəkləyəcək enerji innovasiyası, enerji səmərəliliyi və bərpaolunan enerji layihələri üçün 1 milyard avro ayıracaq. Beləliklə də, 2025-ci il və sonrakı illərdə alternativ enerji və iqlim dəyişikliyi layihələrinə ayrılan vəsait bankın ümumi əməliyyatlarının 50 faizini təşkil edəcək.


Bank son 5 ildə bərpaolunan enerji mənbələri, enerji və şəbəkə səmərəliliyi üzrə layihələrin maliyyələşdirilməsinə 65 milyard avro ayırıb, bunun da 28 milyard avrosu bərpaolunan enerji layihələrinə xərclənib.

Xəbər lenti