Xəzər Xəbər

Oktyabrda qlobal neft tədarükü artıb

İqtisadiyyat | 14:43 • 15 Noyabr 2019
Oktyabrda qlobal neft tədarükü artıb

Qlobal neft təklifi oktyabrda sentyabr ayı ilə müqayisədə orta hesabla 1,5 milyon barrel artaraq sutkada 101 milyon barrel təşkil edib.


Xezerxeber.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.


Hesabata görə, ötən ay Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrin tədarükü isə 225 min barrel çoxalaraq gündəlik 65 milyon 600 min barrel olub.

Xəbər lenti