Xəzər Xəbər

Əfqanıstanda hüquq-mühafizə orqanlarının dörd əməkdaşı öldürülüb

Dünya | 14:35 • 15 Noyabr 2019
Əfqanıstanda hüquq-mühafizə orqanlarının dörd əməkdaşı öldürülüb

Əfqanıstanın şimalında "Taliban” hərəkatının hücumu nəticəsində azı dörd polis əməkdaşı həlak olub.


Xezerxeber.az xəbər verir ki, bu barədə yerli administrasiyanın nümayəndəsi məlumat yayıb.


İnsident Baqlan əyalətində baş verib. Silahlılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına pusqu quraraq hücum edib. Həlak olanların arasında rayon polis idarəsinin rəhbəri də var.


Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən "Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar uzun müddətdən bəri davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə silahlı qruplaşmalara qarşı bütün ölkə boyu birgə əməliyyatlar keçirirlər.

Xəbər lenti