Xəzər Xəbər

Türkiyə millisi 58 milyon qazandı

İdman | 13:52 • 15 Noyabr 2019
Türkiyə millisi 58 milyon qazandı

Türkiyə milli komandası "AVRO-2020"yə vəsiqə qazanaraq ciddi gəlir əldə edib.


Avropa çempionatına vəsiqəsini İslandiya ilə 0:0 hesablı heç-heçə ilə əldə edən "ay-ulduzlular" 9.2 milyon avro (58.39 milyon TL) iştirak haqqı əldə edib.


UEFA "AVRO-2020"də hər qələbəyə 1,5 milyon, heç-heçəyə 750 min avro verəcək. Qrupdan çıxan komandalar 2 milyon alacaq, yarımfinala vəsiqə qazananlar 5.5 milyon avroluq mükafata layiq görüləcəklər.


Finaldçı 10, qalib 34 milyon avro əldə edəcək.


Bütün qarşılaşmalarda qalib gələrək çempion olan komanda ümumilikdə 55.2 milyon avro mükafat qazanacaq.


Beləliklə, "AVRO-2020"nin pul mükafatları:


İştirak haqqı - 9.25 milyon avro

Qələbə - 1.5 milyon avro

Heç-heçə - 750 min avro

1/8 final - 2 milyon avro

1/4 final - 4 milyon avro

Yarımfinal - 5.5 milyon avro

Final - 10 milyon avro

Çempionluq - 34 milyon avro


Fanat.Az

Xəbər lenti