Xəzər Xəbər

Bunun üçün Ukraynaya ehtiyacım yoxdur Tramp

Dünya | 13:22 • 15 Noyabr 2019
Bunun üçün Ukraynaya ehtiyacım yoxdur

2020-ci ilin noyabrında keçiriləcək seçkilərdə keçmiş vitse-prezident Co Bayden üzərində qələbə qazanmaq üçün Ukraynanın köməyinə ehtiyacım yoxdur.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

"Yuxulu Co Bayden üzərində qələbə qazanmaq üçün Ukraynaya müraciət edək? Mən belə düşünmürəm”, - Tramp bildirib.

ABŞ Prezidenti həmçinin təcrübəsi olmadığı halda ötən seçkidə Buş, Klinton sülalələrinə və Obamanın "yaramaz qrupu”na qalib gəldiyini qeyd edib.

Xatırladaq ki, Trampın seçkidəki rəqibi Co Baydenin Ukraynadakı şirkəti haqda araşdırma aparılmasına göstəriş verməsi üçün Ukrayna lideri Zelenskiyə təzyiq etdiyi barədə qalmaqal davam edir./axar.az

Xəbər lenti