Xəzər Xəbər

Ordumuz yerdəyişmə etdi - TƏLİMLƏR DAVAM EDİR VİDEO

Veb TV | 20:24 • 14 Noyabr 2019
Ordumuz yerdəyişmə etdi - TƏLİMLƏR DAVAM EDİR

Azərbaycan Ordusu miqyasında keçirilən hərbi təlimlər davam edir. Bu gün hərbi dəniz qüvvələrinin bölmələri qarşıya qoyulan əməliyyat tapşırığı üzrə növbəti təlimini uğurla icra edib.

Əvvəlcə, plana uyğun olaraq hərbi dəniz qüvvələrinin idarəetmə qrupuna müdaxilələr əsasında daxil olan məlumatlar xəritə üzərinə işlənilir.

Daha sonra isə təlimə cəlb olunan gəmi taktiki qrupları Xəzər dənizinin əməliyyat zonasında öz mövqeylərini tuturlar.

Təlimə cəlb edilən şəxsi heyyət tapşırıqları dəqiq və effektiv icra edib.

Quru qoşunlarının əməliyyat təlimində də hərbi birləşmələr yerdəyişmə tapşırıqlarını icra edib.

Döyüş planına uyğun olaraq zirehli transpartyorlar döyüş mövqelərinə irəliləyiblər.

Birləşmələr arasında kordinasiyalı şəkildə hərbi hava qüvvələrinin ekipajı və raket artileriya birləşmələri də döyüş mövqeyində hazır vəziyyətə gətiriliblər.

Şəxsi heyət döyüş planını uğurlu şəkildə icra edib.

Xəbər lenti